USAİD-in maliyyə, FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Consulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi regionlarda “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasının monitorinqi və təşviq edilməsi məqsədilə ictimai vəkillik kampaniyasının aparılması” adlı layıhə icra edir.

 

Layihənin məqsədi Azərbaycan Respublikasında vətəndaşların fəalliğının artırılması, dövlət və özünüidarə qurumlarında qərar qəbul etmə prosesində onların iştirakının təmin edilməsindən ibarətdir. 

 

Layihə çərçivəsində əhali arasında rəy sorğularının keçirilməsi, maarifləndirici bukletlərin paylanması, ictimai vəkillik kompaniyasının təşkil edilməsi nəzərdə tutulur.