"Bu cür tədqiqat əsərləri qayıdış prosesinə və gələcək nəsillərə gözəl töhfədir".

QHT.az xəbər verir ki, bu fikirləri oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində kitabın elmi redaktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa bildirib.

Onun sözlərinə görə, kitabın önəmindən danışaraq müəllifin deportasiyaya məruz qalmış  şəxslərlə görüşərək onların şəxsi hekayələrinin toplanması və onların deportasiyaya məruz qalmasını əks elətdirən sənədlərin çap edilməsinin çox vacib olduğunu bildirdi:

"Azərbaycan Respublikasının Qeyri - Hökümət Təşkatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələdirdiyi bu layihələrin davamlılığının təmin olunmasını alqışlayıram. Bu cür tədqiqat əsərləri qayıdış prosesinə və gələcək nəsillərə gözəl töhfədir. Kitabın hazırda Prezident Kitabxanasının saytında yer alması, daha geniş oxucu kütləsinə çatdırılması səmərəlidir. Müəllifə uğurlar arzulayıram".

 

Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.