15 oktyabr 2025-ci il tarixində Abşeron Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, bu barədə “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova məlumat verib. Onun sözlərinə görə, tədbirdə rayon ictimaiyyəti nümayəndələri, millət vəkilləri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib və iştirakçılar şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.