İqtisadçı-analitik, professor Elşad Məmmədov keçirilən seçkilərdə Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib.

QHT.az xəbər verir ki, professor seçkidən sonra açıqlamasında həmkarlarına və prosesin şəffaf təşkilinə töhfə verən hər kəsə təşəkkür edib:

“Seçkilərdə mənə dəstək verən bütün həmkarlarıma, eləcə də seçki prosesinin şəffaf şəkildə keçirilməsində xidməti olan hər kəsə təşəkkürümü bildirirəm. Ölkənin makroiqtisadi gündəminin formalaşması və inkişafı prosesində Maliyyə Nazirliyinin daşıdığı missiyanı nəzərə alaraq, düşünürəm ki, bu gün Şuraya seçilmiş digər həmkarlarımla birlikdə bizi çox məsuliyyətli və məzmunlu işlər gözləyir.”

Qeyd edək ki, Maliyyə Nazirliyi yanında İctimai Şura dövlət maliyyə siyasətinin şəffaflığının artırılması, ictimai iştirakçılığın genişləndirilməsi və müvafiq sahələr üzrə ictimai nəzarətin gücləndirilməsi məqsədilə fəaliyyət göstərir.

 

Pərvanə Fərhadqızı