Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Bakı şəhərində yerləşən müvəqqəti yerləşdirmə mərkəzinə səfər ediblər.

QHT.az xəbər verir ki, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli bildirib ki, səfərin məqsədi mərkəzdəki ümumi şəraitlə tanış olmaq və burada qalan şəxslərin saxlanma şəraitini yerində qiymətləndirmək olub:

“Səfər çərçivəsində buradakı ümumi şəraitlə tanış olmaqla yanaşı, mərkəzdə qalan şəxslərlə də birbaşa ünsiyyət quraraq onların saxlanma şəraiti ilə maraqlandıq, fikirlərini dinlədik.”

Nadimə Rəhimli qeyd edib ki, belə səfərlər miqrasiya sahəsində şəffaflığın və ictimai nəzarətin güclənməsinə, eləcə də insan hüquqlarının təmininə xidmət edir.

 

Pərvanə Fərhadqızı