Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Lənkəranda keçirilən “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” çərçivəsində iştirakçılar “Nilado Green” çay plantasiyasını ziyarət ediblər.
 
Ziyarət zamanı QHT nümayəndələrinə çayçılıq təsərrüfatının fəaliyyəti, çayın yetişdirilməsi, toplanması və emalı prosesləri barədə məlumat verilib.
İştirakçılar üçün çayçılıq sahəsində ustad dərsi təşkil olunub, çayın emal mərhələləri əyani şəkildə nümayiş etdirilib.