Beynəlxalq qeyri-hökumət təşkilatı Oxfam bildirib ki, Qəzzada dağıdılmış yaşayış məntəqələrinin və infrastrukturun bərpası uzunmüddətli və davamlı beynəlxalq dəstək olmadan mümkün deyil.
QHT.az xarici mediaya istinadən bildirir ki, münaqişə nəticəsində yaşayış evləri, məktəblər, xəstəxanalar və su təchizatı sistemləri ciddi zərər görüb. Oxfam hesab edir ki, bərpa prosesi yalnız fiziki infrastrukturun yenidən qurulması ilə məhdudlaşmamalı, həm də yerli icmaların qərar qəbuletmə prosesinə cəlb olunmasını təmin etməlidir.
QHT beynəlxalq donorları humanitar yardımla yanaşı, uzunmüddətli inkişaf və bərpa layihələrinə dəstək verməyə çağırıb. Təşkilat vurğulayıb ki, dayanıqlı bərpa üçün yerli qurumlarla əməkdaşlıq və davamlı maliyyələşmə əsas şərtlərdən biridir.
Piranə Xasiyeva






