Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Beynəlxalq QİÇS Konfransında (IAC) bildirilib ki, ABŞ-nin qlobal QİÇS-lə mübarizə proqramlarına ayırdığı vəsaitin azaldılması bir çox ölkədə klinikaların bağlanmasına və xidmətlərin məhdudlaşdırılmasına səbəb olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, səhiyyə siyasəti üzrə fəaliyyət göstərən KFF təşkilatının hesabatına görə, 2025-ci ildə HİV-lə mübarizə üçün donor maliyyəsi əvvəlki illə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 25 faiz azalıb.

Konfrans iştirakçıları bildiriblər ki, maliyyə çatışmazlığı HİV-lə mübarizədə əldə olunan nailiyyətləri risk altına salır və qlobal səhiyyə sahəsində yeni maliyyə mənbələri ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir.