ABŞ-də xarici yardım siyasətinin yenidən formalaşdırılması prosesi davam edir. Bu prosesdə əvvəllər tanınmayan cinayət ədliyyəsi üzrə fəal Cozef Mandelbaum diqqət mərkəzinə gəlib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Mandelbaum Prezident Donald Trampın USAID-in fəaliyyətini dondurması ilə bağlı yaranan proseslərdən sonra nüfuzlu şəxslərlə, o cümlədən İvanka Trampla görüş keçirib və ABŞ-nin xarici yardım siyasətinin yenidən qurulması ilə bağlı müzakirələrdə pərdəarxası təsir imkanları qazanan şəxslərdən birinə çevrilib.
Məqalədə qeyd olunur ki, ABŞ-də xarici yardım sisteminin gələcəyi ilə bağlı qərarların formalaşmasında rəsmi qurumlarla yanaşı, qeyri-rəsmi əlaqələr və təsir şəbəkələri də mühüm rol oynayır.






