Avstraliya hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Banqladeşdə yaşayan Rohinca qaçqınlarına dəstək məqsədilə 25,25 milyon Avstraliya dolları məbləğində yeni maliyyə paketinin ayrıldığını açıqlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, vəsait qaçqınların müdafiəsi, təhsil, səhiyyə, sığınacaq, su və sanitariya xidmətlərinin yaxşılaşdırılması, eləcə də qadın və uşaqların təhlükəsizliyinin təmin edilməsi istiqamətində istifadə olunacaq. Proqram eyni zamanda qaçqınları qəbul edən yerli icmalara da dəstək göstərməyi nəzərdə tutur.
Bildirilir ki, Banqladeşdə yaşayan bir milyona yaxın Rohinca qaçqınının humanitar yardıma ehtiyacı davam edir və beynəlxalq maliyyə dəstəyi onların əsas ehtiyaclarının qarşılanması üçün həyati əhəmiyyət daşıyır.
Piranə Xasiyeva






