Beynəlxalq humanitar və vətəndaş cəmiyyəti təşkilatları Yaxın Şərqdə davam edən humanitar böhranla bağlı birgə bəyanat yayaraq münaqişənin yalnız siyasi dialoq və diplomatik vasitələrlə həll oluna biləcəyini bildiriblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, QHT-lər mülki əhalinin müdafiəsinin, beynəlxalq humanitar hüquqa əməl olunmasının və humanitar yardımın maneəsiz şəkildə çatdırılmasının vacibliyini vurğulayıblar. Bəyanatda davamlı sülhün əldə olunması üçün bütün tərəflərin danışıqlar prosesinə cəlb edilməsinin zəruriliyi qeyd olunub.
Təşkilatlar beynəlxalq ictimaiyyəti gərginliyin azaldılması, humanitar ehtiyacların qarşılanması və uzunmüddətli siyasi həll istiqamətində daha fəal addımlar atmağa çağırıblar. Onların fikrincə, münaqişənin davam etməsi regionda humanitar vəziyyəti daha da ağırlaşdırır və milyonlarla insanın həyatına mənfi təsir göstərir.






