"Kitab Yayımı İşinin İnkişafına Dəstək” ictimai birliyinin sədri Namaz Namazov 5 Dekabr- Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycanda könüllülüyün hazırkı vəziyyəti və əhəmiyyəti barədə fikirlərini QHT.az-a bölüşüb.
Namaz Namazov bildirib ki, ölkəmizdə könüllülük hərəkatının inkişafı artıq dövlət səviyyəsində strateji prioritet kimi qəbul olunub:
"Könüllülüyün inkişafında QHT-lərin rolu xüsusilə önəmlidir: onlar gənclərin cəlb olunması, təlimlərin təşkili, sosial layihələrin həyata keçirilməsi və icmalar arasında körpü rolunu oynamaqla bu hərəkatın davamlılığını təmin edirlər".
Namaz Namazov əlavə edib ki, könüllülük yalnız sosial dəstək mexanizmi deyil, həm də cəmiyyətin inkişafına yönəlmiş dəyərli sərmayədir:
"Gələcək daha aktiv, daha məsuliyyətli və daha təşəbbüskar gənclərin əlindədir".












