Hindistanın maliyyə paytaxtı Mumbay son günlər havanın çox çirkli olmasından əziyyət çəkir.

 

Surdo.az xəbər verir ki, bir neçə ay əvvələ kimi havanın çirklənməsinin təhlükəli səviyyəyə qalxmasına görə birinci pillədə Dehli şəhəri yer tutmuşdu.

 

Lakin geniş sahil xətti olan və daha yaxşı hava keyfiyyətinə malik hesab edilən Mumbay bu həftə Dehlini çirklənmə səviyyəsinə görə bir neçə dəfə ötüb.

 

Həmçinin Mumbay şəhəri tək Hindistanın yox, dünyanın ən pis havaya malik şəhərləri arasında yuxarı pillələrdədir.

 

Mütəxəssislər havanın keyfiyyətinin pisləşməsinə səbəb olan amillərdən bəzilərinin tikinti işləri, əlverişsiz hava şəraiti və nəqliyyat vasitələrinin toksin qazları olduğunu deyirlər.

 

Qeyd edək ki, dünya üzrə hava kirliliyi baxımından ilk pillədə olan şəhər Pakistanın Lahor şəhəridir.