Cənubi Afrikanın Yohannesburq şəhərinin bir çox yerində cümə günü səhər yağan güclü yağışdan sonra yollar su altında qalıb.

 

QHT.az xəbər verir ki, Yohannesburq şəhərində ekstremal hava şəraitindən ən ciddi şəkildə təsirlənən Roodepoort və Soweto bölgəsi oldu. Həmçinin şəhər boyu yol infrastrukturuna ciddi ziyan dəydiyi bildirilir.

 

Yol agentlik şirkəti əsas keçidlərə və körpülərə dəyən ziyana görə hər dəqiqə zəng aldıqlarını bildiriblər.

Qeyd edək ki, ölü və itkin düşmüş şəxslərlə bağlı hələ ki, məlumat yoxdur.