Dünyanın ən çox hakimiyyətdə qalmış dövlət başçısı, Ekvatorial Qvineyanın prezidenti yenidən seçilərək 6-cı müddətdə vəzifəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, 80 yaşlı Teodoro Obiang Nguema Mbasogo hərbi paraddan öncə prezidentlik andı içib.
O, bütün Ekvatorial Qvineyalıların lideri olduğunu və həmişə belə olacağını bəyan etdi.
Qeyd edək ki, o, hakimiyyəti ilk dəfə 1979-cu ildə çevrilişlə ələ keçirmişdir.
Tənqidçilər deyirlər ki, o vaxtdan bəri seçkilər saxtalaşdırılıb, müxalifətin iştirakının qarşısı böyük ölçüdə alınıb, media isə hökumət və onun müttəfiqləri tərəfindən idarə olunur.












