Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, tədqiqatçı Əfqan Vəliyevin müəllifi olduğu “Mirzə Bala Məmmədzadə və Azərbaycan siyasi düşüncə tarixi” adlı kitabın imza günü keçirilib.
QHT.az xəbər verir ki, mötəbər tarixi mənbələr və arxiv sənədləri əsasında qələmə alınan kitab XX əsrin əvvəllərində Azərbaycanın siyasi və ictimai fikrinin formalaşmasında mühüm rol oynamış Mirzə Bala Məmmədzadənin həyat və fəaliyyətinə, eləcə də onun milli dövlətçilik ideyalarının inkişafında tutduğu yerə işıq salır.












