“İdman hamı üçün" layihəsi çərçivəsində
“İdman hamı üçün” layihəsi çərçivəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun, Masallı Olimpiya İdman Kompleksinin və Masallı Regional Boks Mərkəzinin birgə təşkilatçılığı ilə həvəskarlar arasında üzgüçülük üzrə rayon birinciliyi və boks idman növü üzrə rayonlar arası yoldaşlıq görüşü keçirilib.
Üzgüçülük idman növünün rayonda təbliği ilə bağlı keçirilən yarışda 50 nəfər iştirak edib, ilk üçlüyün sahibləri diplomlarla mükafatlandırılıb.
Boks yarışlarında isə Lənkəran, Astara, İmişli, Masallı rayon idmançıları ilə yanaşı Bakı şəhərindən 62 dəri əlcək ustası gücünü sınayıb.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü












