Azərbaycan İqtisad Universitetinə tələbə qəbulunun nəticələri sevindiricidir.

QHT.az xəbər verir ki, keçid ballarının artması ilə yanaşı keçən illə müqayisədə bu il Universitetə I kursa qəbul olanların sayı da 9.3 % artıb. Universitetin rektoru Ədalət Muradov bildirib ki, artım I qrup üzrə 9.9 %, II qrup üzrə 4.1 %, III qrup üzrə 2.3 dəfə, IV qrup üzrə 15.4 %, V qrup üzrə isə 4.3 % təşkil edib: “Ən yüksək nəticə 675.0 baldır və İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası üzrədir. Keçən illə müqayisədə 600 və daha yüksək balla qəbul olanların sayı 16,7 % (217 nəfər), 500-599 balla qəbul olanların sayı 20,2 % , 400-499 balla qəbul olanların sayı 13,7 % , 300-399 balla qəbul olanların sayı 2,3 % artıb, 200-300 ballı I kurs tələbələrinin sayı isə 38 % azalıb”.

Qeyd edək ki, Universitetə sənəd qəbulu 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək elektron qaydada aparılacaq. Abituriyentlər həm portal.edu.az, həm də unec.edu.az portallarından qediyyatdan keçməlidirlər.

 

Pərvanə Fərhadqızı