Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Avropa İttifaqı və Unicef Azerbaijan ofisinin dəstəyilə icra edilən proqram çərçivəsində Yuvenal Ədliyyə Mərkəzində qeydiyyatda olan yetkinlik yaşına çatmayanlarla sosial-psixoloji reabilitasiya işi uğurla davam etdirilir.

QHT.az xəbər verir ki, Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru Kama Seyidova bildirib ki, mərkəzdə qeydiyyatda olan yetkinlik yaşına çatmayanlardan bir neçəsi cari ildə Dövlət İmtahan Mərkəzini tərəfindən keçirilən imtahanlarda iştirak edərək Ali və Orta İxtisas Müəssisələrinə, həmçinin, Peşə Məktəblərinə qəbul olublar: “Yetkinlik yaşına çatmayanların uğurları Valideyn-Mərkəz arasındakı birgə və güclü əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirilir”.

Tələbə adını qazanan hər bir gənci təbrik edirik!

 

Pərvanə Fərhadqızı