Lənkəranda “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Zöhrab Alışov iştirakçıları salamlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun salamlarını çatdırıb. O, dəvəti qəbul edərək tədbirdə iştirak edən qonaqlara və iştirakçılara təşəkkürünü bildirib.
Sehran Alışov qeyd edib ki, “Ənənələrə sadiqlik, israfdan uzaq” mövzusu cəmiyyət üçün olduqca aktualdır və milli-mənəvi dəyərlərin qorunması, sağlam ailə ənənələrinin yaşadılması, israfçılığın qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Sehran Alışov vurğulayıb ki, tədbirə cəmiyyət arasında nüfuz sahibi olan şəxslərin dəvət olunması təsadüfi deyil. Onun sözlərinə görə, bu cür maarifləndirici layihələr sağlam ictimai dəyərlərin təşviqi və israfçılığa qarşı ictimai mövqenin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Zəhra Ağayeva






