Beynəlxalq qeyri-hökumət təşkilatı Norwegian Refugee Council bildirib ki, 2026-cı ilin ilk yarısında humanitar yardım üçün ayrılan maliyyənin ciddi şəkildə azalması dünyanın müxtəlif bölgələrində milyonlarla məcburi köçkün və münaqişədən zərər çəkmiş insanın həyatını təhlükə altına qoyur.

QHT.az xarici mediaya istinadən bildirir ki, qlobal humanitar planların yalnız təxminən 30 faizi maliyyələşdirilib. Bu səbəbdən Sudan, Əfqanıstan, Burkina Faso, Mali və Niger kimi ölkələrdə milyonlarla insan ərzaq, sığınacaq, təhsil və tibbi yardım kimi əsas xidmətlərdən məhrum qalmaq riski ilə üzləşib. 

NRC-nin Baş katibi Yan Egeland beynəlxalq donorları humanitar böhranlara daha çox diqqət ayırmağa çağıraraq bildirib ki, yardımın siyasi maraqlara deyil, insanların ehtiyaclarına əsasən bölüşdürülməsi vacibdir. Təşkilat xəbərdarlıq edib ki, maliyyə artırılmasa, 2026-cı il humanitar yardım baxımından ən ağır illərdən biri ola bilər. 

Piranə Xasiyeva