ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıdışından sonra administrasiyanın diqqəti daha çox Qərb yarımkürəsinə, xüsusilə də Latın Amerikası və Karib hövzəsi ölkələrinə yönəlib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Meksikadan Çiliyədək uzanan region uzun illər ABŞ-nin xarici yardım siyasətində ikinci planda qalıb. 2024-cü ildə bölgəyə ayrılan ABŞ yardımı cəmi 3,6 milyard dollar təşkil edib ki, bu da ölkənin qlobal xarici yardımının təxminən 5 faizinə bərabərdir.
Lakin ötən ilin sonlarında ABŞ Dövlət Departamenti regiona dəstəyin artırılacağını açıqlayıb. Qurum bildirib ki, Qərb yarımkürəsi və Şərqi Asiya üçün nəzərdə tutulan ABŞ yardım büdcəsinin azı 40 faizi Latın Amerikası və Karib hövzəsinə yönəldiləcək.
Analitiklər regionun rəsmi inkişaf yardımlarından tarixən necə faydalandığını və qarşıdakı illərdə bu vəziyyətin hansı istiqamətdə dəyişə biləcəyini təhlil ediblər.
Piranə Xasiyeva






