Nigeriyada fəaliyyət göstərən Every Woman Hope Centre qeyri-hökumət təşkilatı gender əsaslı zorakılığın qarşısının alınması və zərərçəkənlərə dəstəyin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bəyan edib. Təşkilatın rəhbərliyi bildirib ki, əsas məqsəd zorakılıq qurbanlarının təhlükəsizliyini təmin etmək, onlara psixoloji, hüquqi və sosial dəstək göstərməkdir.
QHT.az xarici mediaya istinadən bildirir ki, QHT nümayəndələrinin sözlərinə görə, təşkilat sığınacaq, psixoloji məsləhət, tibbi xidmətlərə yönləndirmə və hüquqi yardım göstərməklə zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına töhfə verir. Bəyanatda qeyd olunub ki, hər bir insan zorakılıqdan uzaq, təhlükəsiz mühitdə yaşamaq hüququna malikdir.
Təşkilat eyni zamanda dövlət qurumları və digər vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsinin gender əsaslı zorakılıqla mübarizədə mühüm rol oynadığını vurğulayıb.
Piranə Xasiyeva






