Hindistanda müxtəlif xristian kilsələri və vətəndaş cəmiyyəti təşkilatları qeyri-hökumət təşkilatlarına xarici maliyyənin cəlb edilməsini məhdudlaşdıran qanun layihəsinə etiraz olaraq ümummilli dua və oruc aksiyası keçiriblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, etirazçılar bildiriblər ki, təklif olunan dəyişikliklər xeyriyyə, təhsil, səhiyyə və sosial xidmət sahəsində fəaliyyət göstərən QHT-lərin işini ciddi şəkildə çətinləşdirə bilər. Onların fikrincə, yeni qaydalar qeyri-hökumət təşkilatlarının maliyyə imkanlarını məhdudlaşdıracaq və fəaliyyətlərinə əlavə inzibati maneələr yaradacaq.
Vətəndaş cəmiyyəti nümayəndələri hökuməti qanun layihəsini yenidən nəzərdən keçirməyə çağırıblar. Onlar hesab edirlər ki, QHT-lərin sərbəst fəaliyyəti sosial xidmətlərin göstərilməsi və həssas qruplara dəstəyin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Piranə Xasiyeva






