ABŞ Beynəlxalq İnkişaf Agentliyinin xarici yardım proqramlarının bağlanması üçün nəzərdə tutulan 19 milyard dollarlıq planı Konqresdə əlavə araşdırmalara görə ləngiyib.

QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvü senator Jeanne Shaheen ötən həftə vəsaitin istifadəsinə qoyduğu etirazı yenidən təsdiqləyib.

Shaheen ABŞ Dövlət Departamentinin xarici yardım üzrə rəhbəri Ceremi Levinə və USAID-in müvəqqəti administratoru Erik Uelanda ünvanladığı məktubda bildirib ki, əvvəllər ayrılmış 19 milyard dollardan çox vəsaitin bu məqsədlə xərclənməsi vergi ödəyicilərinin pullarından qeyri-adi istifadədir.

O vurğulayıb ki, milyardlarla dolların beynəlxalq inkişaf, səhiyyə, təhlükəsizlik və iqtisadi inkişaf layihələrinə deyil, xarici yardım proqramlarının bağlanmasına sərf edilməsi Konqres tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Piranə Xasiyeva