ABŞ-nin ən böyük müsəlman xeyriyyə təşkilatı olan Islamic Relief USA adını dəyişərək Islamic Development and Empowerment in America (IDEA) adlandırılıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu, sadəcə ad dəyişikliyi deyil. Yeni ad qurumun “təcili yardımdan uzunmüddətli və dayanıqlı inkişafa keçidini” əks etdirir. IDEA ABŞ-də və dünyanın 60 ölkəsində fəaliyyət göstərir.
Bu dəyişiklik ABŞ-dəki təşkilatla Böyük Britaniyada yerləşən keçmiş qlobal çətir təşkilatı Islamic Relief Worldwide (IRW) arasında uzun müddətdir davam edən gərgin mübahisədən sonra baş verib.
Mübahisənin ardından IRW Amerika təşkilatını öz federasiyasından çıxarıb. Yeni adın seçilməsi isə Islamic Relief USA-nın fəaliyyət istiqamətində daha uzunmüddətli və dayanıqlı inkişaf layihələrinə diqqətin artırılacağına işarə edir.
Piranə Xasiyeva






