Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev dövlət idarəçiliyində islahatların vətəndaşların həyatında yaratdığı dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
Dövlət idarəçiliyində islahatın ən dəqiq ölçüsü vətəndaşın dövlətlə münasibətində nə dəyişdiyidir. İnsan hüququnu həyata keçirmək üçün əvvəlkindən az vaxt itirirsə, qərarın səbəbini anlayırsa, səhv qərarı dəyişdirmək üçün işlək vasitəyə malikdirsə, islahat öz ünvanına çatır. Təşkilati dəyişikliklərin dəyəri də bu nəticəyə verdiyi töhfə ilə müəyyənləşir.
İslahat vətəndaşın həyatında görünməlidir...- deyə, Əliməmməd Nuriyev bildirib.












