Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri və “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Xəyalə Mütəllimova adlarından göndərilən şübhəli mesajlarla bağlı xəbərdarlıq ediblər.

AMQF İdarə Heyətinin sədri bildirib ki, tanımadığı nömrədən bir neçə nəfərə onun adından mesaj göndərilir. O, telefon nömrəsini dəyişmədiyini vurğulayaraq, başqa nömrələrdən gələn mesaj və zənglərə etibar etməməyə çağırıb.

Xəyalə Mütəllimova isə Azercell nömrəsinə bağlı WhatsApp hesabının ələ keçirildiyini açıqlayıb. O, həmin hesabdan göndərilən mesajlara, pul istəklərinə və şübhəli müraciətlərə cavab verilməməsini, heç bir ödəniş edilməməsini və linklərə daxil olunmamasını xahiş edib.

Mütəllimova hazırda onunla yalnız “600” ilə başlayan əvvəlki nömrəsi vasitəsilə əlaqə saxlamağın mümkün olduğunu bildirib. WhatsApp hesabı bərpa olunduqda bu barədə məlumat verəcəyini qeyd edib.

Vətəndaşlara tanımadıqları nömrələrdən gələn pul istəklərini və keçidləri yoxlamadan qəbul etməmək tövsiyə olunur.