Son illərdə diqqəti cəmləməkdə çətinlik, düşüncələri toplamaqda problemlər və yeni məlumatları qavramaqda çətinliklə müşayiət olunan beyin dumanı daha çox gündəmə gəlir.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, payız aylarında günlərin qısalması, fiziki aktivliyin azalması, yuxu rejiminin və gündəlik vərdişlərin dəyişməsi bu şikayətlərin artmasına təsir göstərə bilər.
Beyin dumanı ayrıca bir xəstəlik deyil, müxtəlif səbəblərlə ortaya çıxa bilən əlamətlər toplusudur. Bu vəziyyət insanın diqqətini saxlamağına, fikirlərini aydın ifadə etməyinə və məlumatları emal etməyinə mane ola bilər.
Nevroloq, dosent Mustafa Emir Tavşanlı beyin dumanına qarşı gündəlik həyatda tətbiq edilə bilən altı təsirli tədbiri açıqlayıb.
Mütəxəssislər yuxu rejiminə diqqət yetirməyi, müntəzəm fiziki aktivliyi, balanslı qidalanmanı və gündəlik vərdişlərin qaydaya salınmasını tövsiyə edirlər.
Bununla yanaşı, davamlı və ya gündəlik həyata mane olan diqqət və yaddaş problemlərinin səbəbini müəyyənləşdirmək vacibdir. Belə hallarda həkimə müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, beyin dumanının yaranmasına yuxusuzluq, stress, bəzi xəstəliklər və digər amillər səbəb ola bilər. Buna görə də şikayətlərin aradan qaldırılması üçün ilk növbədə onların əsas səbəbi müəyyən edilməlidir.












