Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin (İnstitut) rəqəmsal təşəbbüslərinə həsr olunmuş təqdimat keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən professor İsaxan Vəliyev İnstitutun hüquqi maarifləndirmə fəaliyyətini yüksək qiymətləndirərək DİA ilə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O bildirib ki, İnstitutun rəqəmsal layihələri tələbələrin hüquqi düşüncə tərzinin formalaşmasına və müasir texnologiyalardan istifadə bacarıqlarının inkişafına ciddi töhfə verir.

İnstitutun nümayəndələri İlqar Ağasiyev və Araz Abdullasoy hüquqşünaslıq ixtisası üzrə təhsil alan 63 tələbəyə İnstitutun rəsmi saytında fəaliyyət göstərən virtual kitabxana, PASS platforması, rəqəmsal insan hüquqları xəritəsi, E-lüğət və “İnsan hüquqlarına giriş” onlayn kursu barədə məlumat təqdim ediblər.