21-23 iyun tarixlərində Bakı şəhəri Xətai rayonu Heydər Əliyev parkında “Göydən üç alma düşdü” adlı nağıl günləri təşkil ediləcək. 

Tədbirdə Türkiyə Respublikasından dəvət olunmuş nağılçıların iştirakı gözlənilir.

QHT.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.

Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

 

Pərvanə Fərhadqızı