Fransa millisinin hucumçusu Kristofe Nkunku “RB Leipzig”dən Londonun “Çelsi”sinə keçib.
QHT.az xəbər verir ki, 25 yaşlı futbolçu "mavilər"lə 6 illik müqavilə imzalayıb. Müqavilə 2023-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Kristofer Nkunkunun transferinin "Çelsi"yə 60 milyon avroya başa gəldiyi bildirilir.
Nkunku Fransa PSJ-sinin yetirməsidir. 2019-cu ildə Almaniyanın RB Leypsiq klubuna keçib. Fransız futbolçu "Bulls"un heyətində 172 oyun keçirib, 70 qol vurub və 56 məhsuldar ötürmə edib.
Pərvanə Fərhadqızı












