Bu yaxınlarda Prezident İlham Əliyev tərəfndən bir qrup gəncə Prezident mükafatı verilməsi haqqında sərəncam verildi.
QHT.az Gənclər üçün Prezident Mükafatının məbləği ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI ilə Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, on ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatının təsis edilmsəi qeyd edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2023-cü il Gənclər üçün Prezident mükafatları veriləcək:
Axundova Ülviyyə Süleyman qızı
Əliyev Kamran Əbülfəz oğlu
Əliyeva Adilə Həbib qızı
Həşimov Orxan İlqar oğlu
Hüseynli Cabbar Rasim oğlu
İslamov Bəxtiyar Qabil oğlu
Məsimov Nicat Rafiq oğlu
Nağıyeva Mehriban Vidadi qızı
Zəkəryəzadə Tural Namiq oğlu
birgə fəaliyyətə görə:
Xəlilov Şahin İlqar oğlu
İmanzadə Günay Fikrət qızı.












