Narkotik vasitələr və psixotrop tərkibli həblərdən cəmiyyətimizi birgə qoruyaq.
Dünyanın ən böyük sosial bəlalarından olan,cəmiyyətin inkişafına mənfi təsir göstərən narkotizm və onunla bağlı cinayətkarlıq real təhlükəyə çevrilmişdir.
Narahatlıq və təşviş doğuran ən qorxulu cəhət odur ki, narkotik maddələr və psixotrop vasitələr ilk növbədə gəncləri daha cox şirnikdirir.Narkomaniyanın getdikcə daha çox gənc nəsli ağuşuna alması nəzərə alınaraq onların tərbiyəsində, dünya görüşünün narkotiklərlə barışmaz münasibət ruhunda formalaşmasında, narkotizmin Azərbaycan xalqının milli xüsusiyyətlərinə yad ünsürdur.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkotizm vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Azərbaycandada narkotizm son dövürdə cox sürətlə yayılmaqdadır. Təşkilatımız 2022-ci ildə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə “Narkotiksiz Sağlam Həyat” layihəsini uğurla icra etmişdir. Layihə cərcivəsində araşdırma aparan zaman məlum olmuşdur ki , Azərbaycana gələn narkotik vasitələrin və psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə məs 95 faizi İrandan gəlir. Nə ücün məs İrandan ? Gənclərimizin narkotizm bəlasına dadandırıb cəmiyətimizi məhf etmək mi istənilir ? İranda narkotik maddələr istehsal etmək bu gədərmi asanddır?
Daha bir araşdırmamız zamanı İran və Azərbaycan arasında sərhəd-keçid məntəqələrinin yerləşdiyi rayonlarda daha çox narkotik maddələrin aşkarlanması faktlarıda üzə çıxmışdır. Düzdür əksər hallarda bu cinayətlərin qarşısı alınır ,amma son zamanlar narkotizmin inkişafı cəmiyyətimizi cox narahat edir.
Bu problemlə mübarizə aparmaq tək dövlət orqanlarının deyil, həmdə vətəndaş cəmiyyətinin və hər bir fərdin borcudur. Bəlanın hardan gəldiyinə cox diqqət etməliyik . Narkotik vasitələrin və psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə məs 95 faizi İrandan gətirilən bəladan gənclərimizi qorumaq ücün birgə fəaliyyət göstərməliyik.
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri Azər Əliyev.












