Cənub zonasının boks məşqçiləri üçün seminara start verilib  

Azərbaycan Boks Federasiyası (ABF) tərəfindən Masallıda cənub zonasının məşqçiləri üçün seminara start verilib. 
Dörd gün (7-10 fevral) ərzində keçiriləcək təlimlərə ABF-nin İdarə Heyətinin üzvü Rövşən Hüseynov, Məşqçilər Komitəsinin sədr müavini Əsgər Eyvazov rəhbərlik edəcək. 
Seminar Masallı, Lənkəran, Biləsuvar, Astara və Cəlilabaddan olan mütəxəssislərin təkmilləşdirilməsi məqsədi daşıyır. 
Təlimatçılar çalışdırıcıları əyani vəsaitlərdən istifadə etməklə nəzəriyyə ilə tanış edəcək, zallarda məşq proseslərini nümayiş etdirəcəklər. 

Akif AĞAYEV