Bu gün Yayım Assosiasiyasının və Sabunçu Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə detektiv yazıçı Elbrus Kəlbiyevlə oxucuların görüşü keçirilmişdir .
Görüşdə müəllifin əsərlərini oxuyan tələbələr, rayonun 169 saylı məktəbinin yuxarı sinif şagirdləri, ictimai fəallarla bərabər, Sabunçu rayonundan olmayan, sosial şəbəkələrdə müəllifi görüşü haqda məlumat alan oxucular iştirak edirdi. Görüşdə çıxış edən Yayım Assosiasiyası İB sədri Yaşar Zeynalov iştirakçıları salamlayaraq rəhbərlik etdiyi təşkilatın məqsədi və müəllif-oxucu görüşlərinin müsbət əhəmiyyəti haqda məlumat verdi. Müəllifə ünvanlanan çoxsaylı suallarla, müəllifin maraqlı cavabları ilə gərgin keçən görüş sonda müəllifin fəal oxucularına hədiyyə etdiyi kitablarla və oxucularla xatirə şəkili çəkdirilməsi ilə başa çatdı.












