“Ərkivan” (Masallı) FK ölkə kubokunun yarımfinalına vəsiqə qazandı

 

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə ölkə kuboku yarışlarının final oyunları davam edir.
Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu ölkə kubokunun 1/4 final mərhələsində, iyulun12-də Bakı şəhərindəki “ASK Arena” stadionunda Zəngilanın “Çinar” komandası ilə qarşılaşıb.
Masallı idmançıları bu dəfə də rəqibə aman verməyiblər. Oyun “Ərkivan” futbol klubunun 6:1 hesablı möhtəşəm qələbəsi ilə sona çatıb. 
Beləliklə, görüşün qalibi “Ərkivan” (Masallı) FK növbəti 1\2 finala vəsiqə qazanıb. 

 

Akif AĞAYEV