BMT-nin “Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti” (SOFI) hesabatına əsasən, dünyada aclıqdan əziyyət çəkən insanların sayı üçüncü il ardıcıl olaraq azalıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, hesabat Romada təqdim olunub. BMT rəsmiləri bildiriblər ki, 2025-ci ildə dünyada təxminən 645 milyon nəfər aclıqla üzləşib. Bu, əvvəlki illə müqayisədə 14 milyon nəfər azdır.
Hesabata görə, beynəlxalq yardımların azalmasına baxmayaraq, aclıq səviyyəsində azalma bütün qitələrdə qeydə alınıb. BMT əldə olunan nəticələri müsbət qiymətləndirsə də, dünyada aclığın tam aradan qaldırılması üçün daha çox səylərə ehtiyac olduğunu vurğulayıb.






