Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdərə rayonunun Aşağı Oratağ və Çıldıran kəndlərinə köç ilə bağlı püşkatma mərasimi keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Komitə yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri Aqil Camal və Həcər Əkbərova iştirak ediblər. Keçmiş məcburi köçkünlər onlara yaradılan şəraitə görə Ali Baş Komandana, qüdrətli Ordumuza minnətdarlıqlarını bildirib, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasim zamanı Komitə tərəfindən sakinlərə mina təhlükəsi ilə bağlı maarifləndirici videoçarx təqdim olunub. Püşkatma mərasiminin qanunvericiliyə uyğun və şəffaf şəkildə təşkil olunub.












