Çinin süni intellekt startapı "Moonshot" 2,8 trilyon parametrə malik "Kimi K3" modelini təqdim edib. Şirkətin məlumatına görə, bu, dünyada ən böyük açıq çəkili (open-weight) süni intellekt modelidir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Kimi K3 mürəkkəb məntiqi düşünmə, uzunmüddətli kod yazma və bilik əsaslı tapşırıqlar üçün hazırlanıb. Model 1 milyon tokenlik kontekst pəncərəsinə malikdir və böyük həcmdə məlumatı bir sorğuda emal edə bilir.
Moonshot bildirir ki, Kimi K3 bəzi testlərdə Anthropic və OpenAI-nin qabaqcıl modelləri ilə rəqabət aparıb. Müstəqil qiymətləndirmələrdə də model yüksək nəticələr göstərərək Çin şirkətlərinin ABŞ ilə texnoloji fərqi sürətlə azaltdığını nümayiş etdirib.
Xəbərin ardından Honq-Konqda Zhipu və MiniMax şirkətlərinin səhmləri müvafiq olaraq 21,9% və 13,8% ucuzlaşıb.
Moonshot Alibaba və Tencent tərəfindən dəstəklənir. Bloomberg-in məlumatına görə, şirkət mümkün Honq-Konq IPO-su öncəsi 30 milyard dollar dəyərində qiymətləndirmə ilə 2 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.






