Yeni yaradılan “Əzmin möcüzəsi” layihəsi haqqında Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə QHT.az – a açıqlama verib.

Aysel Rəsulzadə qeyd edib ki, cəmiyyət üçün faydalı olan bu layihə çərçivəsində həyata keçiriləcək xidmətlərə sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən seminarlar, validenlər üçün müxtəlif psixoloji mövzularda təlimlər, mövcud müasir müalicə metodları və mərkəzlər (yerli və xarici), vəsaitlər və ləvazimatlar, ev şəraitində uşaqla məşğul olunacaq  məşğələlər  haqqında məlumatlar, müxtəlif qurum, təşkilatlarla iş üzrə dəstək, diaqnostika və konsultasiyalar, treninqlər və praktik məşğələlər daxildir.

QHT.az xəbər verir ki, bu cür layihələr ölkələrdə mütəmadi olaraq həyata keçirilməkdədir. "Əzmin möcüzəsi" adlı layihənin rəhbəri klinik-psixoloq Nigar Əlibəylidir. Nigar xanıma və komanda üzvlərinə layihənin fəaliyyətində uğurlar arzulayır, davamlı və səmərəli olmasını diləyirik.

 

 

Pərvanə Fərhadqızı