Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilib.

QHT.az-a açıqlamsında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, Qərbi Azərbaycana qaydışla bağlı bütün platformalarda intensiv iş aparılmalıdır.

"Qədim yur yerlərimizə qaydış təkcə vaxtı ilə həmin torpaqlardan zorakılıqla çıxarılmış, deportasiya edilmiş həmvətənlərimizin deyil hər bir Azərbaycan vətəndaşının müqəddəs amalı olmalıdır.  Bu mənada davamlı olaraq  ictimai dinləmələrin keçirilməsi ictimai şüurda bu ideyanı daha da möhkəmlədir”.

 

 

Pərvanə Fərhadqızı