Sabirabadda “Günərzi” Qayğı Mərkəzində "Uşaq hüquqları uşaqların diliylə" adlı tədbir keçirilib. Tədbir “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil olunub. “İnsan hüquqları aylığı”na həsr edilmiş tədbirə uşaqlar Azərbaycan himniylə başlayıblar. Əllərində Azərbaycan bayrağıyla şerlər söyləyib və uşaq hüquqlarını təbliğ edən yazıları başlarının üzərinə qaldıraraq nümayiş etdiriblə. Tədbir musiqi sədaları və uşaqların rəqslərilə davam edib.

QHT.az xəbər verir ki, tədbirdə Sabirabad İcra Hakimiyyətinin məsul şəxsi Eldəniz Bayramova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbərliyinə və əməkdaşları iştirak ediblər. "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, “Günərzi” Qayğı Mərkəzləri uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə yaradılıb.

 

 

Pərvanə Fərhadqızı