Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elşən Məmmədov 6 fevral 1996-cı ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və 19 oktyabr tarixində Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elşən Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!