Beynəlxalq Həkimlər Günü münasibətilə Azərbaycan tibb ictimaiyyəti və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən Vətən uğrunda canından keçən şəhid həkimlərimizin xatirəsi dərin ehtiramla anırıq.
QHT.az xəbər verir ki, Azərbaycan həkimləri təkcə mülki həyatda deyil, həm də Vətən müharibəsi dövründə əsl fədakarlıq nümunəsi göstərərək xalqın sağlamlığı və ölkənin azadlığı uğrunda şərəflə xidmət ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan həkimlərimizin adları bu gün böyük qürurla xatırlanır:
Polkovnik-leytenant Rasim Abdullayev
Kapitan Anar Məmmədov
Baş leytenant Nurlan Fərəməzov
Baş leytenant Şöhrət Qasımov
Leytenant Azər Şəmilov
Leytenant Turqut Xəlilbəyli
Leytenant Adil Əfəndiyev
Leytenant Mirlətif Ağayev
Leytenant Tariyel Salmanov
Leytenant Aqşin Ənvərli
Gizir Eldar Abdullayev
Bu əlamətdar gündə xalqımız Vətən və insanlıq naminə fədakarlıq göstərən bütün həkimlərə minnətdarlıqla yad edir, şəhid həkimlərimizin ruhuna rəhmət, onların ailələrinə səbir diləyir.






