Cəbrayıl şəhər gününü ilə əlaqədar QHT.az- a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, 2016-cı ilin aprel döyüşləri bizim qələbimizin təmin olunmasında müstəsna əhəmiyyətə malikdir:
"Cocuq Mərcanlı kəndi ərazisində yerləşən Lələ Təpə yüksəkliyinin alınması Azərbaycan xalqının məğlubedilməz ruhunun təcəssümü idi. 44 günlük Zəfər müharibəsi dövründə Cəbrayıl şəhərinin azad olunması da sərhəd bölgələrimizin tam Azərbaycanın nəzarətinə keçirilməsinə səbəb oldu. 4 oktaybr Cəbrayıl şəhər günün qeyd edilməsi əlbəttə bizi sevindirir".






