Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Birincilik” adlı məqsədli təqaüdə layiq görülən tələbələrlə görüşüb.
QHT.az xəbər verir ki, rektor qeyd edib ki, bu təqaüd 2025/2026-cı tədris ilində 550-dən çox bal toplayan və ən yüksək nəticə göstərən abituriyentlərə təqdim olunur. Görüşdə tələbələr təbrik edilib, onlara təhsil və karyera həyatlarında uğurlar arzulanıb.
Qeyd edək ki, bu il BDU-nun 28 tələbəsi “Birincilik” təqaüdünə layiq görülüb.
Pərvanə Fərhadqızı












