İyun ayının 28-də məscidlərdə Bayram namazı qılınacaq.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bu barədə QMİ-nin Qurban bayramı ilə bağlı fitvasında deyilir.

 

Qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir.

 

"Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq", - fitvada bildirilir.