Avropa bazarında İsrail istiqrazlarının (Israel Bonds) satışına icazə verilməsi müzakirələrə səbəb olub. Beynəlxalq insan hüquqları təşkilatı Amnesty International bildirir ki, bu istiqrazlar İsrailə əlavə maliyyə vəsaiti qazandırır.
QHT.az xarici mediaya istinadən bildirir ki, Amnesty International İsraili soyqırımı, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edir. Təşkilatın məlumatına görə, İsrail son illərdə “Israel Bonds” adlı dövlət istiqrazlarını sataraq fərdi investorlar vasitəsilə əlavə vəsait toplayır.
Amnesty International hesab edir ki, Avropa ölkələrinin bu istiqrazların satışına icazə verməsi beynəlxalq hüquq baxımından problemlər yarada bilər. Buna görə də təşkilat Avropa İttifaqına üzv ölkələri İsrail istiqrazlarının yeni prospektini təsdiqləməməyə çağırıb.






