Süni intellekt (AI) sahəsinin inkişafı gələcəkdə xeyriyyəçilik üçün böyük maliyyə imkanları yarada bilər. Hazırda bu vəsaitlər tam formalaşmasa da, AI sektorunda əldə ediləcək gəlirlərin bir hissəsinin sosial və inkişaf layihələrinə yönələcəyi gözlənilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, edilən təhlilə görə, qeyri-hökumət təşkilatları bu imkanlardan yararlanmaq üçün AI yönümlü donorların prioritetlərini öyrənməli, yeni tərəfdaşlıqlar qurmalı və layihələrini innovativ yanaşmalar əsasında hazırlamalıdırlar.

Təhlildə həmçinin bildirilir ki, ABŞ-də fəaliyyət göstərən ən böyük özəl xeyriyyə fondlarından biri olan MacArthur Foundation-ın Nigeriyada həyata keçirdiyi "On Nigeria" proqramının bağlanması ilə bağlı keçiriləcək brifinqdə proqramın dayandırılması prosesi və QHT-lərin donorların maliyyələşməni dayandıracağına dair hansı siqnallara diqqət yetirməli olduqları müzakirə olunacaq.